“Tabaterra Leaf” QSC "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi olub.
Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, nazirliyin Əmlak Məsələləri Dövlət Xidməti sözügedən investisiya müsabiqəsini oktyabrın 15-də elan edib.
Noyabrın 18-də Müsabiqə Komissiyası iddiaçıların təkliflərinə baxıb və qalibi elan edib.
Noyabrın 25-də qalib şirkətlə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6,4 milyon manat pul köçürməyi, ümumi dəyəri 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsini üzərinə götürüb.
Müsabiqə qalibi investisiyaları 1 il ərzində yatırmağı, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yeri yaratmağı planlaşdırır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:02 / 30.11.2021
“Azərtütün” özəlləşdirildi - RƏSMİ
Hazırda oxunan: “Azərtütün” özəlləşdirildi - RƏSMİ
Hazırda oxunan: “Azərtütün” özəlləşdirildi - RƏSMİ
48396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.