“SOCAR şirkətində islahatlar gedir, 2025-ci ilə kimi hazırlanan strategiyada alternativ enerji məsələlərinə də toxunulub”.
Bizim.Media xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan mətbuat konfransında deyib.
O, şirkətin alternativ energetikaya keçidin üzərində çalışdığını bildirib:
“Bu il Türkiyədə 21 yanvarda istehsal olunan enerjinin 51 faizi alternativ enerji mənbələri hesabına alınıb. Türkiyə dünyanın ən iri alternativ enerji istehsal edən ölkələrdəndir. Hazırda dünyada bu sahədə 11-ci yerdədir və ilk onluğa girmək niyyəti var. Biz də bu prosesi izləyirik və bu sahəyə maraq göstəririk”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:46 / 30.11.2021
SOCAR-ın yeni strategiyasında alternativ enerji məsələləri yer alıb - RƏSMİ
Hazırda oxunan: SOCAR-ın yeni strategiyasında alternativ enerji məsələləri yer alıb - RƏSMİ
Hazırda oxunan: SOCAR-ın yeni strategiyasında alternativ enerji məsələləri yer alıb - RƏSMİ
48392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.