Azərbaycan nefti yüklənən 1000-ci tanker İtaliyaya yola salındı

Hazırda oxunan: Azərbaycan nefti yüklənən 1000-ci tanker İtaliyaya yola salındı

48349

Bp-nin əməliyyatçısı olduğu Bakı-Supsa ( Qərb İxrac Boru Kəməri) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə bp məlumat yayıb.

Bildirilib ki, İtaliyaya yola düşən “Stamos” adlı 1000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 000 barel xam neft yüklənilib.

Qeyd edək ki, Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara verilib. İndiyədək 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 min barel təşkil edir.

Bakı-Subsa boru kəmərinin ümumi uzunluğu 829 km-dir. Onun 456 km Azərbaycandan, 373 km-i isə Gürcüstandan keçir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin