Ağalı sakinlərinə biznes qurmaq üçün avadanlıqlar veriləcək

Hazırda oxunan: Ağalı sakinlərinə biznes qurmaq üçün avadanlıqlar veriləcək

48322

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma kəndlərinə qayıtdıqdan sonra məşğulluğunu təmin etmək və sahibkarlıq fəaliyyətinə başlamalarına dəstək məqsədilə kənd sakinləri üçün təşkil olunmuş biznes təlimləri başa çatıb.

Bizim.Media Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində bir ay davam edən biznes təlimlərində 30 nəfər Ağalı kənd sakini iştirak edib.
 

KOBİA-nın təlimçiləri tərəfindən təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib, onlar biznes fəaliyyəti üçün zəruri biliklərə yiyələniblər.


Növbəti mərhələdə Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin