Pandemiyaya baxmayaraq, 2021-ci ildə ABŞ-da investorlar səhmlərə 1 trilyon dollardan çox sərmayə qoyublar.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Bank of Amerika” "EPFR Global" inkişaf etməkdə olan bazarlara portfel investisiyalarının araşdırma təşkilatının hesabatına istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu il qoyulan sərmayyələr son 19 ilin birgə göstəricilərindən daha çoxdur.
Xatırladaq ki, “Omicron”la bağlı xəbərlər ABŞ-ın bir sıra müsbət iqtisadi göstəricilərinin açıqlanmasından sonra yayılıb.
Ölkənin Əmək Departamenti işsizliyin səviyyəsinin son 50 il ərzində ən aşağı səviyyəyə düşdüyünü açıqlayıb. Ticarət Departamentinin hesabatına görə, oktyabrda pərakəndə satışlar 1.7% artıb.
Bir çox banklar və iqtisadi təşkilatlar ilin son üç ayında ÜDM-in artımı ilə bağlı proqnozlarını artırıblar. “JPMorgan” ÜDM-lə bağlı illik proqnozunu 5%-dən 7%-ə, “Morgan Stanley” isə 3%-dən 8,7%-ə yüksəldib.
Bununla belə, yaxın həftələrdə vəziyyətin necə olacağı ilə bağlı təlaş da yaşanmaqdadır.
Xatirə, Bizim.Media