Pandemiya qlobal turizmə zərbə vurur - İtkilər 2 trilyon dollara çata bilər 

Hazırda oxunan: Pandemiya qlobal turizmə zərbə vurur - İtkilər 2 trilyon dollara çata bilər 

48171

2021-ci ildə COVID-19 pandemiyası nəticəsində dünya turizminin itkisi 2 trilyon dollara çata bilər. 

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.

Məlumatlara görə, bu rəqəm ötən illə müqayisə olunub. 

UNWTO iyul-sentyabr aylarında təyinat ölkələrinə gələn turistlərin sayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə 58% artım qeydə almasına baxmayaraq, bu dəyərlər 2019-cu illə müqayisədə 64% azdır. Avqust və sentyabr aylarında gəliş pandemiyanın başlanmasından bəri pik həddə çatıb, lakin 2019-cu il səviyyəsindən 63 faiz aşağıda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin