“OPEC+” yeni ştamın yayılmasından sonra iclaslarını təxirə saldı

Hazırda oxunan: “OPEC+” yeni ştamın yayılmasından sonra iclaslarını təxirə saldı

0:00
0:00
48122

“OPEC+” COVID-19-un "Omikron" ştamının bazara təsirini qiymətləndirmək üçün iki iclasını bir neçə günlük təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Məlumata görə, cümə günü neft qiymətlərinin kəskin enişindən sonra qurumda gözləmə mövqeyi tutulmasına üstünlük verilib.
 

Belə ki, OPEC+ ekspertlərinin texniki komitəsinin bazar ertəsi baş tutmalı olan iclası çərşənbə günü keçiriləcək. Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası isə çərşənbə axşamı deyil, cümə axşamına qədər təxirə salınıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasda Cənubi Afrikada aşkar edilən koronavirusun yeni ştamını "narahatlıq doğuran hal" kimi təsnif edib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin