Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti kəskin azalıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 8,91 ABŞ dolları və ya 10,7% azalaraq 73,91 ABŞ dolları təşkil edib.
WTI markalı xam neft fyuçerslərinin qiyməti də koronavirusun Cənubi Afrika ölkələrində yayılan yeni ştammının (B.1.1.529) aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.
MÖVZU İLƏ BAĞLI:
Neft gələn il daha baha olacaq
WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.
Mütəxəssislər qeyd edirlər ki, “qara qızıl”ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.
“Nordea Asset Management”in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali “Wall Street Journal” qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:
“Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var”.
Bizim.Media