Rusiya bu Azərbaycan məhsuluna qadağa qoydu

Hazırda oxunan: Rusiya bu Azərbaycan məhsuluna qadağa qoydu

47897

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Bryansk, Smolensk və Kaluqa vilayətləri üzrə İdarəsi Azərbaycandan iki partiya dondurulmuş qaymağın idxalına qadağa qoyub.

Bizim.Media "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, çəkisi 37,4 ton olan yük Moskvadan alıcıya göndərilib və məhsulların Rusiya Federasiyası ərazisinə çatdırılması üçün bütün tələblərə uyğunluğunu təsdiq etməli olan Azərbaycan baytarlıq xidməti tərəfindən verilən baytarlıq sertifikatları ilə müşayiət olunub.
 

Nəzarət zamanı müəyyən edilib ki, etiketdə və qablaşdırmada göstərilən məhsulların istehsal tarixi (08.09.2021) təqdim edilən müşayiət sənədlərində göstərilən istehsal tarixinə (23.08.2021) uyğun gəlmir.


Eyni zamanda məlum olub ki, fərdi qablaşdırmanın üzərində ümumiyyətlə markalanma etiketi yoxdur.

Bundan əlavə, beynəlxalq yük qaimələrində göstərilən yükün saxlanma yeri idxal icazəsində göstərilən saxlama yerinə uyğun gəlmədiyi də müəyyən olunub.

Bu faktlar məhsulları müşayiət edən sənədlərdə göstərilən keyfiyyət və təhlükəsizlik təminatlarını etibar etməyə imkan vermədi, eləcə də malların göndərilməsi zamanı baytarlıq nəzarətinin obyektivliyinə şübhə ilə yanaşmağa zəmin yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin