“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”.
Bizim.Media xəbər verir ki, bunu Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Qarabağdakı vəziyyəti nizamlamağın vaxtı çatıb” - VİDEO
O bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi bunun təsdiqi ola bilər.
Rusiya lideri Prezident İlham Əliyevə müraciət edib:
“Gələn il bizim diplomatik münasibətlər qurmağımızın 30 ili olacaq. Bu, əlbəttə ki, bir mərhələdir, bəlkə də biz bunu uyğun şəkildə qeyd etməli olacağıq. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün pandemiya problemlərinə və məhdudiyyətlərə baxmayaraq, bu ilin doqquz ayında ticarətimizin həcmi 11 faiz artıb. Bu da yaxşı göstəricidir”.
Xatirə, Bizim.Media