ABŞ yenidən Çinlə ticarət müharibəsinə başlayır – Şirkətlərin qara siyahısı hazırlandı

Hazırda oxunan: ABŞ yenidən Çinlə ticarət müharibəsinə başlayır – Şirkətlərin qara siyahısı hazırlandı

0:00
0:00
47766

ABŞ Çinlə ticarət müharibəsini gücləndirmək qərarına gəlib. Buna görə də onlarla Çin texnoloji şirkətini milli təhlükəsizliyinə təhdid əsası ilə qara siyahıya salıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNBC portalı yazıb.

Çində yerləşən səkkiz texnoloji şirkət Çin ordusuna yardım etdiklərinə və hərbi tətbiqləri dəstəkləmək üçün ABŞ malları əldə etməyə cəhd etdikləri üçün siyahıya əlavə edilib. Uzun müddətdir ki, bu şirkətlərin ÇXR Xalq Azadlıq Ordusunun maraqları naminə məxfi məlumat topladığını iddia olunur. 

“Qlobal ticarət milli təhlükəsizlik risklərini deyil, sülhü, firavanlığı və yaxşı maaşlı işləri dəstəkləməlidir”,-  deyə ABŞ-ın ticarət naziri Cina Raymondo bildirib. 

Siyahıya Çin, Yaponiya, Pakistan və Sinqapurdan ümumilikdə 27 yeni şirkəti əlavə edilib. Bundan sonra siyahıya daxil olan şirkətlərin potensial təchizatçıları ticarət əməliyyatlarından əvvəl lisenziya üçün müraciət etməli olacaqlar.

Çin Kommunist Partiyası isə daha əvvəl sənaye casusluğu ilə məşğul olmadığını bəyan etmişdi.

Qeyd olunur ki,  bu ilin fevral ayında ABŞ prezidenti Co Bayden sələfi Donald Tramp kimi Çinlə ticarət müharibələrinə qarışmayacağını və bunun əvəzinə beynəlxalq qaydalar çərçivəsində dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə rəqabət aparacağını vəd etmişdi.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin