Mayda qiymətlər necə dəyişib?

Hazırda oxunan: Mayda qiymətlər necə dəyişib?

47700
2014-cü ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında rəsmi məlumat yayılıb. Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsullarının qiymətləri 1,9 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə 0,8 faiz ucuzlaşma qeydə alınıb.

Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində azalma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə artım müşahidə olunub.

May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1 faiz azalıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3 faiz artıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Başqa bir məlumata görə, may ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən mədən sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz artıb, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalıb.

“Media forum” saytı bildirir ki, Dövlət Statistika Komitəsi nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında da rəsmi məlumat yayıb. Statistikaya görə, may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin