Ədliyyə Nazirliyi: İlyarım ərzində 130 milyon manat aliment ödənildi

Hazırda oxunan: Ədliyyə Nazirliyi: İlyarım ərzində 130 milyon manat aliment ödənildi

47634

“İlyarım ərzində 130 milyon manat aliment ödənilib”.

Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı məsələ problem olaraq qalır:

“Bu il alimentin ödənilməməsi ilə bağlı 400-ə yaxın cinayət işi qaldırılıb. Bunun nəticəsində 600 min manat məcburi aliment alınıb. Bu problem bizdə qabarıq şəkil alıb”.

A. Sabitova deyib ki, 2 ildə qeydə alınmayan 9 335 doğum aşkarlanıb. Onlardan 8 875 nəfərinə hüquqi yardım göstərilib.

İdarə rəisi bildirib ki, bu ilin 6 ayında erkən nikahla bağlı 51 nəfər müraciət edib. Onun sözlərinə görə, 6 ayda 65 mühafizə orderi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin