“Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir”.
Bizim.Media-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətin sosial siyasətinin mərkəzində olub.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək",- deyə o bildirib.
H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən sosial xidmətlərin bir sahəsi də onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:32 / 25.11.2021
Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək
Hazırda oxunan: Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək
Hazırda oxunan: Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək
0:00
0:00
47631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.