İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarla onlayın görüş keçirilib.
KOBİ-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib.
Sahibkarlara tikintiyə icazələrin alınması sahəsindəki mövcud prosedurlar barədə ətraflı məlumat verilib, onların qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Bizim.Media