Ölkəmizdə nağdsız əməliyyatların həcmi keçən ilin 10 ayı ilə müqayisədə 73 faiz artıb.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, on ayda kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8 milyard 370 milyon manat təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda daha heç kəs nağd pulla avtomobil ala bilməyəcək – QANUN DƏYİŞDİ
Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 218 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 120 milyon manatı POS-terminallar, 32 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 faizini təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə də dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 8,1 faiz, POS-terminalların sayı 7,1 faiz artıb.
Bizim.Media