BTC bu il Türkiyə ərazisi ilə nə qədər neft nəql edib?

Hazırda oxunan: BTC bu il Türkiyə ərazisi ilə nə qədər neft nəql edib?

47423

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 164 958 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azdır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti yayıb.

Mənbə yazır ki, 2020-ci ilin yanvar-oktyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 175 965 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin