Azərbaycanda fiziki şəxslərin banklarda saxlanılan əmanətlərində milli valyutada olan əmanətlərin mövqeyi möhkəmlənməkdədir.
Bizim.Media Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, oktyabr ayının sonunda milli valyutadakı əmanətlər 5 milyard 43,4 milyon manat, xarici valyutadakı əmanətlər 3 milyard 844 milyon manat olub. Manat əmanətləri 58,3 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 9 milyon manat azalıb.
MÖVZU İLƏ BAĞLI:
Nə qədər vaxtı keçmiş dollar kreditləri var? – Mərkəzi Bank sayı açıqladı
Cəmi əmanətlərin 56,7%-i milli valyutada, 43,3%-i xarici valyutada olub.
Ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,3% və 50,7% idi.
Bizim.Media