Sadələşdirilmiş verginin tətbiqində yenilik - VİDEO

Hazırda oxunan: Sadələşdirilmiş verginin tətbiqində yenilik - VİDEO

47297

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir. 

Vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində verilmiş təkliflərdən biri də fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması ilə bağlıdır.

Bizim.Media Real TV-yə istinadən xəbər verir ki, qanun layihəsinə dəyişiklikdə mənzil satışı zamanı vergilər hesablanarkən layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu hala da aydınlıq gətirilib.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin