Azərbaycan banklarının aktivləri artıb – Mərkəzi Bank

Hazırda oxunan: Azərbaycan banklarının aktivləri artıb – Mərkəzi Bank

47269

Azərbaycanda 31 oktyabr tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 34 milyard 963.6 mln. manat, cəmi öhdəlikləri 30 milyard 28.8 mln. manat, balans kapitalı 4 milyard 934.8 mln. manat olub.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 9.1%, 9.8% və 5% artıb.

Cəmi aktivlərin 46%-i kredit portfelindən ibarətdir. Kredit portfelinin artım trendi oktyabr ayında bir qədər sürətlənib.

Bankların kredit portfeli hesabat ayında 3% (459 mln. manat) artaraq 15 milyard 997.3 mln. manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 13% və ya 1 milyard 840.3 mln. manat artıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin