İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibi Ziya Mürsəlzadə ilə mentorluq proqramına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq etməklə, təcrübə keçir.
MÖVZU İLƏ BAĞLI:
Mikayıl Cabbarov Azərbaycanın türk dövlətləri ilə iqtisadi əlaqələrindən DANIŞDI - VİDEO
Hazırda mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlər davam edir.
İqtisadiyyat naziri ölkədə istedadlı kadr ehtiyatı bankının yaradılması, intellektual səviyyəsi, idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyən edilməsi və dəstəklənməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini bildirib.
O, qeyd edib ki, idarəçi rəhbərlərlə qaliblər arasında keçirilən mentorluq proqramı qaliblərin mövcud potensialının inkişafına, peşəkarlıq vərdişlərinin, bilik və bacarıqlarının artırılmasına xidmət edir. Nazir proqram çərçivəsində gediləcək birgə yolun, əldə ediləcək nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini vurğulayıb.
Z.Mürsəlzadə birlikdə həyata keçiriləcək proqramın, idarəçi rəhbərlərlə ünsiyyətin özünün fərdi inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, nazirə təşəkkürünü ifadə edib.
Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.
Bizim.Media