Azərbaycan şokoladı ən çox bu 2 ölkədən alır - ADLAR

Hazırda oxunan: Azərbaycan şokoladı ən çox bu 2 ölkədən alır - ADLAR

47132

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 20 171 ton şokolad idxal edib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,9% çoxdur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya hökumətin hesabatında yer alıb.

Mənbə yazır ki, ölkəyə idxal edilən şokoladın dəyəri 59 milyon 557,91 min dollar (artım 20,9%) qiymətləndirilir.

Rusiya Azərbaycana əsas şokolad tədarükçüsü olub. O cümlədən, 2021-ci ilin 9 ayı ərzində Rusiya Federasiyasından 24 milyon 573,4 min dollar (artım 16,8%) dəyərində 10,971 min ton (artım 12%) şokolad idxal edilib. Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana şokolad idxalının 54,4 faizi Rusiya Federasiyasının payına düşüb.

Ukrayna Azərbaycanın digər əsas şokolad tədarükçüsüdür. 9 ay ərzində Ukraynadan 3 milyon 454,62 min dollar dəyərində 1,614 min ton məhsul idxal edilib.

Eyni zamanda, Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 3 milyon 141,47 min dollarlıq (artım 34,5%) 1495 ton şokolad (artım 43,3%) ixrac edib. Rusiyaya 968,15 min dollarlıq (artım 21,3%) ixrac 496,46 ton (artım 24,8%) olub.

2020-ci ildə Azərbaycana 72 milyon 875,54 min ABŞ dolları məbləğində 26 min 23 ton şokolad idxal edilib. 2019-cu illə müqayisədə idxal kəmiyyət ifadəsində 7,6 faiz, dəyər ifadəsində isə 2,8 faiz artıb. Son bir ildə Rusiya Federasiyasından 30 milyon 913,48 min dollar (artım 4,9%) dəyərində 14,217 min ton (artım 12,5%) şokolad idxal edilib.

Ümumilikdə, 2020-ci ildə Azərbaycana şokolad idxalının 54,6 faizi Rusiya Federasiyasının payına düşüb.

2020-ci ildə Azərbaycan 3 milyon 900,92 min dollara (azalma 26%) 1835 ton şokolad ixrac edib (azalma 57,2%).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin