Rusiya Azərbaycan məhsullarına embarqo qoydu

Hazırda oxunan: Rusiya Azərbaycan məhsullarına embarqo qoydu

4703

Rusiya Azərbaycandan pomidor və alma idxalına müvəqqəti məhdudiyyətlər qoyub.

Bizim.Media xəbər verir ki, “Rosselxoznadzor” tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə dəfələrlə xəbərdarlıq edilib. Qurum tərəfindən agentliyə Rusiya Federasiyası ərazisinə gələn məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv dövlətləri üçün karantin obyektlərinin aşkarlanması haqqında məlumat da verilib.

Verilən məlumata görə, 22 oktyabr 2020-ci ildən bu günə qədər Aİİ üçün karantin altında olan obyektlərin aşkarlanması üzrə17 hadisə qeydə alınıb - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və şərq güvəsi (Grapholita molesta (Busck)) - meyvə və tərəvəzlərdə (pomidor, alma).

Bu baxımdan, fitosanitar bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan gətirilən pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalıb.

Xidmət tərəfindən Beynəlxalq Bitki Qorumu Konvensiyasının VII maddəsinin 1-ci bəndinə (Roma, 1951, 1997-ci ildə düzəliş edilmiş), 21.07.2014-cü il tarixli 206-FZ saylı Federal Qanununun 2-ci maddəsinin 40-cı bəndinə və 17-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin