Göyərtəsində 2 milyon barel Rusiya dizeli olan dörd tanker ABŞ-a yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yüklərin izlənmə platforması olan “Vortexa”-ya istinadən xəbər yayıb.
Məlumata görə, tankerlər gələn həftə mənzil başına - ABŞ-ın şərq sahillərinə çatacaq.
Hesab olunur ki, bu son 7 ildə ən yüksək həddə çatan pərakəndə yanacaq qiymətlərini aşağı salmağa kömək edə bilər.
Qeyd olunur ki, bu dizel yanacağı təbii qazdan alınır. “Vortexa”-nın Hyustondakı şirkətinin idarəedici direktoru “Bloomberg”-ə bildirib ki, Rusiya ucuz təbii qaza çıxış baxımından Avropadan daha yaxşı tədarükçüdür.
Əlavə edilir ki, ABŞ-ın şərq sahillərində dizel qiymətləri 2014-cü ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Xatirə, Bizim.Media