10 ayda tikintiyə 2 milyard manat vəsait qoyulub

Hazırda oxunan: 10 ayda tikintiyə 2 milyard manat vəsait qoyulub

0:00
0:00
46710

2021-ci ilin yanvar-oktyabr aylarında tikinti sahəsinə 1 milyard 999,2 milyon manat vəsait qoyulub.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz azdır.

Mənzil tikintisinə ayrılan vəsaitin həcmi 811,1 milyon manat təşkil edib.

Bu dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 60,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 13,4 faizini əsaslı təmir, 6,5 faizini cari təmir, 19,6 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 85,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin