Pasportların verilməsinə görə dövlət rüsumunun YENİ MƏBLƏĞİ 

Hazırda oxunan: Pasportların verilməsinə görə dövlət rüsumunun YENİ MƏBLƏĞİ 

46466

Azərbaycan vətəndaşlarına xaricə səyahət etmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanun I oxunuşda qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nikah və boşanma rüsumu qaldırıldı


Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - bir yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, bir yaşından üç yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manata, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 30 manatdan 35 manata, on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata qaldırılıb.
 

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.


Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin