Ad, soyad və ata adının dəyişdirilməsi rüsumu artdı

Hazırda oxunan: Ad, soyad və ata adının dəyişdirilməsi rüsumu artdı

46457

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media-nın xəbərinə görə, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır.

Belə ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin növbəti iclaslarında nələr müzakirə ediləcək? - SİYAHI


Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatda 3 manata dəyişdirilir.

Eyni zamanda dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, etkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin