Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edir – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edir – RƏSMİ AÇIQLAMA

46393

“Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Aydınov Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.

“Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır. Bu ilin iyul ayında biz Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdik. Həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb, Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi arasında müqavilə imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov: "Qarabağa tərəfdaş ölkələrdən investisiyaların cəlbində maraqlıyıq" 


Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimovla birlikdə “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - “KamAZ” servis mərkəzinin təməlini qoyub.

Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin