BÜDCƏ MÜZAKİRƏDƏYKƏN: “İki ton pomidor satmalısan ki, bir dənə telefon alasan”

Hazırda oxunan: BÜDCƏ MÜZAKİRƏDƏYKƏN: “İki ton pomidor satmalısan ki, bir dənə telefon alasan”

46322

“İstənilən ölkə daha çox ixracat yönümlü malların istehsalı üzərində öz iqtisadiyyatını qurmağa çalışır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Pusiyaya pomidor ixrac edən neçə şirkətimiz var? – Sayları ARTACAQ


“Xammal ixracatı ilə hazır məhsul ixracatı fərqli iqtisadi modellər yaradır. İxrac olunan məhsulların əlavə dəyərinin həcmi də önəmlidir. Məsələn, Yaponiyanın ixracatında bir kiloqramın dəyəri təxminən 39 dollardır, amma qardaş Türkiyədə təxminən 3 dollardır. Yəni, nə qədər çox hazır məhsul, yüksək texnoloji məhsul istehsal olunub, ixraca yönəlirsə, həmin ölkələrin iqtisadiyyatı daha dayanıqlı olur. Son zamanlar Cənubi Koreya, Veytnam, Laos, Çili kimi ölkələrin uğurları yüksək dəyərli ixrac yönümlü məhsulların istehsalıdır”.

İqtisadçı xatırladıb ki, xammal ixracı ilə məşğul olan ölkələrin klassik nümunəsi ərəb yarımadaları ölkələridir və Azərbaycan da bu ölkələrin sırasındadır. 

Qeyri-dövlət sektorunun ixracından dövlət büdcəsinə daxilolmalara gəlincə, Natiq Cəfərli bildirib ki, bu təkcə ixrac rüsumları formasında deyil, həm də vergi formasında həyata keçirilir:

“Daha çox ixracı olan şirkətlər daha çox gəlir qazanır və daha çox vergi ödəyir. Həmin şirkətlərin daxildə yüksək rəqabətli iş yerləri qurması dövlətin xeyrinədir. Çünki dövlətin əsas məqsədi vətəndaşların yaxşı yaşamasıdır, belə bir durumda onun əsas köməkçisi özəl şirkətlər olur”.

Azərbaycanın qeyri neft sektorunda ixrac potensialı yüksək olan məhsullarından danışan iqtisadçı deyib ki, aqrar sektor önə çəkilsə də, bu sahənin dəyəri aşağıdır: 

“Məsələn, 2 ton pomidor ixrac etməlisən ki, 1 ədəd son model telefon alasan. Ona görə də aqrar sektordan aqrar məhsulların emalı sahəsinə keçid məqsədəuyğundur. Bu gələcəkdə daha çox gəlirli sahəyə çevirilə bilər”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin