2021-ci ilin oktyabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.
Bizim.Media bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, bu göstərici sentyabr ayı ilə müqayisədə dəyişməz qalıb.
Qeyd olunub ki, oktyabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 168 faiz yerinə yetirib:
"Okyabr və noyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,64 və 0,65 milyon barel/sutka təşkil edir".
Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən Azərbaycanın dekabr ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 64 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 654 min barel/sutka təşkil etməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:55 / 16.11.2021
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi neçə faiz yerinə yetirib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi neçə faiz yerinə yetirib? - RƏSMİ
Hazırda oxunan: Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi neçə faiz yerinə yetirib? - RƏSMİ
46316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.