Gələn il qiymət artımı davam edəcək? – Deputatdan çıxış yolu

Hazırda oxunan: Gələn il qiymət artımı davam edəcək? – Deputatdan çıxış yolu

46313

“Seçiciləri maraqlandıran əsas sual bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyi ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Müstəqillik dövrünün ən böyük büdcə layihəsi ilk oxunuşda QƏBUL OLUNDU


Deputat bildirib ki, gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tutulur.

“Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcək. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir.

Ona görə də biz, ilk olaraq, ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin