Vahid Ələkbərov Xəzərdə iri neft yatağının işlənməsi ilə bağlı müqavilə imzaladı - FOTO

Hazırda oxunan: Vahid Ələkbərov Xəzərdə iri neft yatağının işlənməsi ilə bağlı müqavilə imzaladı - FOTO

46245

Rusiyanın "LUKOYL" və Qazaxıstanın "Kazmunayqaz" şirkətləri Xəzər dənizinin Qazaxıstan sektorunda iri "Kalamkas-dəniz" layihəsinin başlıca prinsipləri ilə bağlı öhdəlik sazişi imzalayıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu "LUKOYL"un prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vahid Ələkbərovu Türkmənistandan sonra Bakıya gətirən SƏBƏBLƏR – FOTO


“Biz “Kəlamkas-Dəniz” layihəsi üçün əsas prinsiplər haqqında öhdəlik sazişi imzaladıq” deyə o, qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin "Kalamkas-dəniz" neft yatağında işlərə başlayacağını elan etmişdi.

2002-ci ildə kəşf olunan yatağın neft ehtiyatları 159 milyon ton həcmində proqnozlaşdırılır.
 

“Lukoyl” Qazaxıstanda bir neçə böyük layihədə iştirak edir. Belə ki, şirkət dünyanın ən böyük neft və qaz-kondensat yataqlarından biri olan Qaraçaqanak layihəsində 13,5%, Tengiz layihəsində isə 5% paya malikdir. 


“Lukoyl”, həmçinin Rusiya və Qazaxıstanda yeganə özəl magistral boru kəməri olan Xəzər Boru Kəməri Konsorsiumunun 12,5%-nə sahibdir. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin