Dövlət ipotekası üçün ayrılan vəsaitin məbləği ARTIRILDI

Hazırda oxunan: Dövlət ipotekası üçün ayrılan vəsaitin məbləği ARTIRILDI

46230

Əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün 2022-ci ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsait nəzərdə tutulur.

Bizim.Media-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, gələn il əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən sosial xərclərin məbləği artırılır.

O qeyd edib ki, ünvanlı sosial yardım üçün 2022-ci ilin dövlət büdcəsindən 258 milyon manat vəsitin artırılması nəzərdə tutulur.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin