30 ildə Azərbaycanın Dövlət büdcəsi necə dəyişib? – SIRALAMA 

Hazırda oxunan: 30 ildə Azərbaycanın Dövlət büdcəsi necə dəyişib? – SIRALAMA 

46217

Bu gün Milli Məclisdə Azərbaycanın 2022-ci il üçün Dövlət büdcəsi müzakirəyə çıxarılır. Büdcə müzakirələrinin 3 gün davam edəcəyi gözlənilir. 

Bizim.Media olaraq 1992-ci ildən başlayaraq müstəqillik illərimizin düz 30 illik dövlət büdcəsinə nəzər salmaq istədik. Baxaq görək Azərbaycan dövlət büdcəsinin 2020-ci ilə qədər artan və azalan dinamikası necə müşahidə olunub?

Nəticələri təqdim edirik.

1992-ci ildə Azərbaycan dövlət büdcəsi Rus rublu ilə hesablanıb. Bu zaman dövlət büdcəsində gəlirlər 48.589.382 min rubl, xərclər isə 49.391.299 min rubl olub. Həmin il büdcə kəsri 801.917 min rubl təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dövlət rüsumu üzrə büdcə daxilolmaları 200 milyon manata yaxın artacaq


Müstəqilliyin ilk ilində yəni 1993-cü ildə dövlət büdcəsi artıq Azərbaycan manatı ilə hesablanmağa başlayıb.

Həmin il büdcənin gəlirləri 35.203.226 min manat, xərcləri isə 61.367.055 min manat təyin olunub. Bu il büdcə kəsiri 26.163.829 min manat təşkil edib. 

1994-cü ildə isə manat kurs dəyişdiyi üçün məbləğ 395.347 milyon manat təşkil edib. Büdcənin kəsirləri isə 192.009 milyon manata qədər yüksəlib.

1995-ci ildə dövlət büdcəsi 1.584.700 milyon manat, 1996-cı ildə 2.012.850 milyon manat,

1997-ci ildə 2.565.209 milyon manat, 1998-ci ildə 2.327.271 milyon manat,

1999-cu ildə 2.797.640 milyon manat və 2000-ci ildə isə 3.573.221 milyon manat təşkil edib.
 

2001-ci ilin büdcəsi 2000-ci il ölkə xərclərindən elə də fərqlənməyib. Həmin il ölkə büdcəsi 3.924.032 milyon manat hesablanıb. 


Bu illərdən fərqli olaraq qalan 3 ildə büdcədə artan dinamika hiss olunub. Belə ki, 2002-ci ildə 4.551.174 milyon manat, 2003-cü ildə 6.104.469 milyon manat, 2004-cü ildə isə 7.547.336 milyon manata qədər yüksəlib. Hətta həmin il büdcənin əlavə 36.598 milyon manat gəliri müşahidə edilib. 

2005-ci ildə Azərbaycanın dövlət büdcəsi artıq 10.276.070 milyon manat təşkil edirdi. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzaladığı fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxıldığı üçün dövlət büdcəsində də bu öz əksini tapıb. Artıq Azərbaycan valyutasının məbləği eyni olsa da rəqəmlər dəyişilir. 

2006-cı ildə dövlət büdcəsi 3.868.773 min manat, 2007-ci ildə 6 006 601 min manat, 2008-də 10.762.672 min manat və 2009-cu ildə isə 10.325.935 min manat təşkil edirdi. 
 

2010-cu ildən başlayaraq isə Azərbaycan dövlət büdcəsində artan dinamika ilə yoluna davam edib. Elə həmin il büdcə 11.403.031 min manat, 2011-ci ildə 11.403.031 min manat, 2012-ci ildə isə 17.038.000 min manat olub.


O biri illərdə də dövlət büdcəsinin gəlirləri artmağa davam edir. Belə ki, gələn 5 il üçün dövlət büdcəsi aşağıdakı kimi tənzimlənib:

2013 - 19.159.000 min manat;

2014 - 18.384.000 min manat;

2015 - 19.438.000 min manat;

2016 - 14.566.000 min manat;

2017 - 16.255.000 min manat;

Artıq 2018-ci ildə Azərbaycan Dövlət büdcəsi 20.127.000 min manat təşkil edirdi.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 000,0 min manat, xərcləri 25 190 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 22 429 234,0 min manat, yerli gəlirləri 738 766,0 min manat, mərkəzləşdirilmiş xərcləri 24 347 188,0 min manat, yerli xərcləri 842 812,0 min manat) məbləğində təsdiq edilib. 
 

2020-ci ildə isə bu məbləğ büdcə gəlirləri 24 124 000,0 min manat, 2021-ci ildə isə 25 427 000,0 min manat təşkil edib.


Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsi müzakirə olunacaq.

Bu il dövlət büdcəsi büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin