SOCAR-dan internet dələduzları ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: SOCAR-dan internet dələduzları ilə bağlı XƏBƏRDARLIQ

46124

SOCAR və bəzi başqa şirkətlər adından internet dələduzları tərəfindən göndərilən elanlarda hədiyyə udmaq imkanı təklif olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. 

Bildirilib ki, adətən bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etməkdir:

“SOCAR qətiyyətlə bəyan edir ki, internet üzərindən sorğu və ya müsabiqələr keçirməklə uduş və qazanc əldə etmək imkanlarını təklif etmir. Azərbaycanda SOCAR-ın rəsmi elanları yalnız socar.az saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin