AMEA-da iki milyonluq TENDER - Qalib şirkət kimə məxsusdur? - DETALLAR

Hazırda oxunan: AMEA-da iki milyonluq TENDER - Qalib şirkət kimə məxsusdur? - DETALLAR

45752

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi elmi müəssisə və təşkilatlara cihaz və avadanlıq alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, "Tetra AZ" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elan etdiyi açıq tenderin qalibi olub. Adıçəkilən şirkət AMEA-ya 1,245 milyon manat dəyərində cihaz və avadanlıq satacaq. 

Bu "Tetra AZ"ın cari il ərzində qalib gəldiyi ikinci tenderdir. Belə ki, Türkiyənin Azərbaycanda törəmə şirkəti olan "Tetra AZ" bundan öncə 2021-ci ilin fevralın 23-də "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tenderinin qalibi elan edilmişdi. Həmin müsabiqənin nəticəsinə uyğun olaraq QSC-yə 464,6 min manatlıq elmi tədqiqat cihaz və avadanlığı satılıb.

Bəs son vaxtlar adını tez-tez eşitməyə başladığımız bu şirkət kimə məxsusdur? 

"Tetra AZ" MMC 2013-ci ilin sonlarında Türkiyənin "Tetra Texnoloji Sistemlər Ltd" tərəfindən Bakıda yerli bir Azərbaycan firması olaraq qurulub. Bu şirkət Azərbaycanda, analitik cihazlar, laboratoriya cihazları satır və servis xidmətləri göstərir. 

Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Bakı Şəhəri Səbail rayonu, Badamdar Şossesi, Ev 158 A, 2-ci Yaşayış Massivində qeydiyyatda olan şirkətin hüquqi sahibi Eyyub Atabaşdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin