Ən az bahalaşma Azərbaycanda olacaq - Beynəlxalq təşkilatdan Azərbaycanla bağlı proqnoz

Hazırda oxunan: Ən az bahalaşma Azərbaycanda olacaq - Beynəlxalq təşkilatdan Azərbaycanla bağlı proqnoz

45736

2022-ci ildən regionda inflyasiya mülayimləşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə"S&P Global Ratings" ("S&P") agentliyi Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında qeyd olunub.

Hesabata görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlak məhsullarının  qiymətləri 4%-dən az artacaq.

Sənəddə bildirilir ki, bu il yüksək yanacaq və ərzaq qiymətləri, tədarük zəncirinin pozulması və güclü iqtisadi bərpa nəticəsində yaranan inflyasiya təzyiqləri regionda əksər mərkəzi bankları siyasətlərini sərtləşdirməyə sövq edib. 

"S&P"-yə görə, Azərbaycandan başqa Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Ermənistan və Rusiyanı daxil edildiyi regionda 2021-2024-cü illərdə ən aşağı ortalama inflyasiya Azərbaycanda, ən yüksək inflyasiya isə Özbəkistanda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin