Azərbaycanlılar avtomobil alarkən nəyə üstünlük verirlər? – SORĞU 

Hazırda oxunan: Azərbaycanlılar avtomobil alarkən nəyə üstünlük verirlər? – SORĞU 

45720

Azərbaycanda idxal olunan maşınların sayı ilbəil daha da artmaqdadır. Belə ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 64954 avtomobil idxal olunub. Qeyd edək ki, bu göstərici ötən dövrlə müqayisədə 40,5% çoxdur.

Bizim.Media xəbər verir ki, MTM (Media Təhlil Mərkəzi) vətəndaşların avtomobillərə olan marağını öyrənmək məqsədilə 26-30 oktyabr tarixlərində sorğu keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

RÜSUMLAR qüvvəyə minməmiş Tovuzda avtomobil bazarı “od-tutub yanır” – FOTOREPORTAJ


Sorğuda iştirak edən 500 respondentin 37%-ni qadınlar, 63%-ni kişilər təşkil edib.

3 variant seçmək imkanına malik olan respondentlər “Avtomobil alarkən nəyə üstünlük verirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:

Qiymətə – 48%;

Yanacaq sərfiyyatına – 41%;

İstehsal ilinə – 35%;

Xarici görünüşünə (rəng və s.) – 25%;

Komfortlu olmasına – 25%;

Texniki təchizatına – 23%;

Təhlükəsizlik baxımından etibarlılığına – 21%;

Mühərrikin gücünə – 21%;

Hansı ölkədə istehsal olunmasına – 15%;

Marka/modelin prestijli olmasına – 15%;

Usta məsləhətinə – 13%;

Sərnişin oturacaqlarının sayına – 3%;

Avtomobilim yoxdur – 33%.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 30%-i avtomobilini satış üzrə vasitəçilərin köməyi ilə əldə edib. Cavab verənlərin 10%-i markanın ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 7%-i xarici ölkədən gətirdiyini, 53%-i avtomobilinin olmadığını qeyd edib.

Sorğu iştirakçılarının 26%-i avtomobili öz vəsaiti hesabına, 17%-i kredit, 3%-i lizinq yolu ilə aldığını söyləyib. Cavab verənlərin 54%-i “Avtomobilim yoxdur” variantını seçib.

Respondentlərin 25%-i hesab edir ki, avtomobil 150-200 min km yürüş məsafəsindən sonra yenilənməlidir. Sorğu iştirakçılarının 25%-i “250 min km-dən çox”, 17,8%-i “100-150 min km”, 17,8%-i “200-250 min km”, 14,4%-i isə “100 min km” cavabını seçib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin