SOCAR istiqrazlarının qiyməti 1 075 dollara çatdı

Hazırda oxunan: SOCAR istiqrazlarının qiyməti 1 075 dollara çatdı

45671

Dövlət Neft Şirkətinin (SOCAR) noyabrın 2-də təkrar bazar əməliyyatlarına start verilmiş, nominal dəyəri 1 000 ABŞ dolları təşkil edən yeni istiqrazları "Bakı Fond Birjası" QSC-də 1 075 dollara qədər bahalaşıb.

Bizim.Media bu barədə "SOCAR Capital" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, artıq həmin qiymətdən satış əməliyyatları artıq baş tutub. Xatırladaq ki, SOCAR-ın ilk İstiqrazlarının 5 illik tədavül müddəti ərzində müvafiq göstərici maksimum 1050 dollar təşkil edib.

İstiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, gəlirli və etibarlı maliyyə aləti olması da investorların maraqlarına cavab verən digər mühüm faktorlardır.
 

İllik 4.5% gəlir gətirən, faiz gəlirləri hər 3 aydan bir ödənilən və 5 illik müddətə buraxılmış yeni SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.


100 milyon dollar həcmində buraxılmış bu istiqrazlara tələb abunə yazılışı dövründə 380 milyon dollardan artıq olub.

Azərbaycan kapital bazarlarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi 1 fevral 2022-ci ildə baş tutacaq. 2026-cı ilə qədər tədavül müddəti davam edəcək olan yeni SOCAR İstiqrazları sahiblərinə ümumulikdə 22,5 milyon dollar gəlir qazandıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin