Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev bp-nin prezidenti Bernard Luninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media bu barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə bildirilib ki, uzun illər Azərbaycanla əməkdaşlıq edən bp şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir.
B.Luni rəhbərlik etdiyi şirkətin Azərbaycan və SOCAR ilə münasibətlərinin çox sıx, səmimi və səmərəli olduğunu, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modelinin ən yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
O, qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin 30 ilə yaxın, “Şahdəniz” layihəsinin 20 il müddətində uğurla davam etdirilməsi, “Əsrin müqaviləsi” üzrə 4 milyard barel neftin çıxarılması bu davamlı və səmərəli münasibətlərin parlaq təzahürüdür.
bp-nin prezidenti biznes əlaqələrinin davam etdirilməsində, hasilatın stabil saxlanılmasında və artırılmasında, eləcə də yeni yataqların kəşfi istiqamətində səylərin bundan sonra da davam etdirilməsi əzmində olduqlarını, bunun üçün həm iradə, həm də geniş resursların mövcud olduğunu vurğulayıb.
Qonaq həmçinin, Azərbaycanla əməkdaşlığı daim şirkətin dayağı olduğunu, bu əməkdaşlığın daha da genişləndirilməsinin bp-nin biznes maraqları ilə uzlaşdığını nəzərə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:39 / 11.11.2021
bp-nin prezidenti ilə SOCAR-da GÖRÜŞ keçirildi - FOTO
Hazırda oxunan: bp-nin prezidenti ilə SOCAR-da GÖRÜŞ keçirildi - FOTO
Hazırda oxunan: bp-nin prezidenti ilə SOCAR-da GÖRÜŞ keçirildi - FOTO
45604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.