İstismar müddəti başa çatan qaz xətləri yenilənir

Hazırda oxunan: İstismar müddəti başa çatan qaz xətləri yenilənir

45487

Qış aylarında abonentlərin təbii qazdan fasiləsiz və daha rahat istifadə etmələri üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.

"Azəriqaz"dan Bizim.Media-ya verilən məlumata görə İB tərəfindən Şəmkir rayonunun Sabirkənd kəndində uzunluğu 1600 metr, diametri 108 mm olan qaz xəttinin torpaqla təmasda olan, korroziyaya uğrayan hissələrinin dayaqlar üzərinə qaldırılması işləri icra olunur.
 

Bundan əlavə Şəmkir Regional qaz istismarı İdarəsinin Şəmkir xidmət sahəsi tərəfindən rayonun Bakı küçəsində pərakəndə şəkildə çəkilən kiçik diametrli qaz xətlərinin yenilənməsi işləri də həyata keçirilir.


İstismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri bundan sonra da davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin