"Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub".
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Ölkənin ərazi bütövlüyünun təmin edilməsi ilə səciyyələnən bu dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı rayderlərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur. Bununla bağlı ölkənin 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması çərçivəsində növbəti qısamüddətli dövr üçün dövlət büdcəsi zərfinin formalaşdırılması üçün Maliyyə Nazirliyi, digər dövlət qurumları və İqtisadiyyat Nazirliyi arasında müzakirələr keçirilib", - deyə M.Cabbarov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:18 / 10.11.2021
2022-2026-cı illər üçün yeni inkişaf strategiyası hazırlanır - Mikayıl Cabbarov
Hazırda oxunan: 2022-2026-cı illər üçün yeni inkişaf strategiyası hazırlanır - Mikayıl Cabbarov
Hazırda oxunan: 2022-2026-cı illər üçün yeni inkişaf strategiyası hazırlanır - Mikayıl Cabbarov
45389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.