Gələn il də koronavirusla mübarizəyə vəsait ayrılacaq – Nazir səhiyyə xərclərinin həcmini açıqladı

Hazırda oxunan: Gələn il də koronavirusla mübarizəyə vəsait ayrılacaq – Nazir səhiyyə xərclərinin həcmini açıqladı

45386

2022-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Samir Şərifov son 5 ildə səhiyyə üzrə xərclərin ümümdaxili məhsulda (ÜDM) payının artdığını bildirib:

“Bu sahədə xərclərin məbləği mütləq ifadədə 2,5 dəfə artıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 %-i icbari tibbi sığortanın tətbiqinə yönəldilib. Eyni zamanda gələn ildə koronavirus pandemiyası ilə mübarizəyə vəsait ayrılması da səhiyyə xərclərində yer alıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin