Gələn il maaşlar artırılacaq - RƏSMİ

Hazırda oxunan: Gələn il maaşlar artırılacaq - RƏSMİ

45382

Maliyyə naziri Samir Şərifov gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin daha az nəzərdə tutulmasının səbəblərini açıqlayıb. Belə ki, gələn il qeyd edilən istiqamət üzrə bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % az – 3 milyar 566 milyon manat nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, nazir bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində danışıb.

“Bu vəsait ilk növbədə 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453 milyon manat və yaxud 14,6% çoxdur. Bu ilin təsdiq olumuş proqnozu ilə müqayisədə azalma isə büdcənin sosial müdafiə və sosial təminatla bağlı öhdəliklərin qarşılanması üçün ayrılan vəsaitlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin azaldılması hesabına deyil, növbəti ildə əmək haqlarının artımı hesabına məcburi dövlət sosial sığorta haqları üzrə artımın olacağı ilə bağlıdır. Ölkə prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu həm də sosial yığımları artıracaq və son nəticədə DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün dövlət büdcəsindən nisbətən az vəsaitin ayrılmasına ehtiyac olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin