Büdcədən yeni silahların alınmasına vəsait ayrılır - MƏBLƏĞ

Hazırda oxunan: Büdcədən yeni silahların alınmasına vəsait ayrılır - MƏBLƏĞ

45380

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi gedir.

Bizim.Media xəbər verir ki, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi zərfində yeni silahların alınması üçün ayrılan vəsaitin məbləğini açıqlayıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, düşmənin kapituliyasından dərhal sonra Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılıb", - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin