Niderland karbohidrogen bazarını ALOVLANDIRDI - Azərbaycan nə qazanacaq? – “SOCAR”dan AÇIQLAMA 

Hazırda oxunan: Niderland karbohidrogen bazarını ALOVLANDIRDI - Azərbaycan nə qazanacaq? – “SOCAR”dan AÇIQLAMA 

45297

Niderland neft-qaz və kömür sənayesində xarici layihələrə investisiya yatırmağı dayandırır.

Qeyd edək ki, təkcə 2020-ci ildə bu ölkə sözügedən sahədə layihələrə 4,5 milyard avrodan çox investisiya yatırıb.

Bəs, bu ölkənin Azərbaycanın neft-qaz sənayesində isvestitsiyaları varmı? Qərarın ölkəmizə hər hansı təsiri gözlənilirmi?

Bizim.Media bununla bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovdan açıqlama alıb.
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın yeni istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələdi


SOCAR sözçüsü bildirib ki, Niderlandın iqlim dəyişikliyi ilə bağlı ölkədən kənarda enerji layihələrinə hökumət dəstəyini dayandıran ölkələrin sırasına  qoşulub: 

“Qərarın Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Niderland şirkətləri bizim böyük layihələrimizdə iştirak etmirlər. Həm də bu razılaşma o demək deyil ki, onlar artıq neft-qaz sahəsi ilə məşğul olmayacaqlar və bununla bağlı şirkətlərə qadağa qoyulur. Söhbət ilk növbədə dövlət vəsaitlərinin investitsiya formasında qoyuluşundan gedir. Amma burada da istisnalar var, ölkə üçün strateji əhəmiyyət kəsb edirsə, ətraf mühitinə dəyən ziyan böyük deyilsə, həmin layihələrin maliyyələşdirilməsi sazişin məhdudiyyətləri sırasına düşmür”.

İbrahim Əhmədov Azərbaycanın neft-qaz sənayesində əsasən özəl əcnəbi şirkətlərin fəaliyyət göstərdiyini, yalnız yaxın ölkələrin dövlət şirkətlərinin investitsiya qoyduğunu xatırladıb.

SOCAR rəsmisi sözügedən razılaşmanın qlobal neft bazarına təsirlərindən də danışıb: 

“Yaxın və orta perespektivdə neft və qaz hasilatı azala bilər. Hazırda neft və qazın bahalaşmasının əsas səbəblərindən biri odur ki, hasilat sahəsinə yetərli vəsait qoyulmayıb.
 

Bundan sonra da sərmayələrin azalması neft təklifinin azalmasına, qiymətlərin daha yüksək səviyyələrə çatmasına gətirib çıxara bilər. Yaxın perespektiv üçün isə həmin ölkələrin məqsədləri karbohidrogen sənayesini məhdudlaşdırmaq və bərpa olunan enerjini inkişaf etdirməkdir”.


Qeyd edək ki, sözügedən razılaşmaya ABŞ, Böyük Britaniya və Avropa İnvestisiya Bankı da qoşulub.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin