Azərbaycan gələn il xarici borcunu nə qədər azaldacaq? - AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycan gələn il xarici borcunu nə qədər azaldacaq? - AÇIQLANDI 

45289

2022-ci il dövlət borclarına xidmətlə bağlı xərclər  üçün 1 milyard 792 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb.

Həmin xərclərin 1 milyard 560 milyon manatını xarici dövlət borcuna xidmət xərcləri, 232 milyon manatını isə daxili dövlət borcuna xidmət xərcləri təşkil edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu AÇIQLANDI


Xarici dövlət borcuna xidmət xərcləri hesabına 1 milyard 152,4 milyon manat məbləğində əsas, 407,6 milyon manat məbləğində faiz ödənişləri, daxili dövlət borcu üzrə isə 6,9 milyon manat məbləğində əsas, 225,1 milyon manat məbləğində faiz ödənişləri təmin ediləcək.

2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2022-ci ildə borca xidmət xərclərinin 406,8 milyon manat məbləğində az olacağı, o cümlədən xarici dövlət borcu üzrə 471,7 milyon manat azalacağı, daxili dövlət borcu üzrə isə 64,9 milyon manat artacağı gözlənilir. 

Azərbaycan Respublikasının 2022-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 1 milyard 100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddinin 600,0 milyon manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin 800 milyon manat məbləğində olması təklif edilir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin