Gələn il Azərbaycanın dövlət büdcəsində əlavə gəlir vergisi (ƏDV) üzrə daxilolmaların 2 368,7 milyon manat təşkil edəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,2% çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 29% artacaq
ƏDV üzrə büdcə daxilolmalarının 261,1 milyon manatı neft, 2 107,6 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək. Bunlar isə illik müqayisədə 68,45% və 16,1% çoxdur.
Neft sektoru üzrə proqnozun artırılması ölkə daxilində neft məhsullarının və təbii qazın satış qiymətlərinin artırılması, qeyri-neft sektoru üzrə proqnozun artırılması isə qeyri-neft ÜDM-nin artması, eləcə də bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tədricən başa çatması ilə həmin vergi ödəyicilərinin ƏDV ödəyicisinə çevrilməsi ilə əlaqədardır.
Bizim.Media