Qarabağ Dirçəliş Fondu Dubayda Forumda təmsil olundu - FOTO

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondu Dubayda Forumda təmsil olundu - FOTO

44931

Noyabrın 4-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinin Dubayda (BƏƏ) təşkil etdiyi «Invest with Azerbaijan» Biznes Forumunda iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Rəhman Hacıyev tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən strategiyaya uyğun olaraq həyata keçirilən fəaliyyət istiqamətləri barədə məlumatların əks olunduğu təqdimatla çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Dirçəliş Fondunun YENİ LOGOSU – VİDEO


R.Hacıyev tədbirdə ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan, işğaldan azad edilən ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkilləri və videogörüntülərinin yer aldığı “Karabakh.Center” (//karabakh.center/az) internet resursunu nümayiş etdirib.
 

Rəhman Hacıyev Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə dəstək olmaq məqsədilə Fonda müxtəlif onlayn platformalar və digər ödəmə üsulları vasitəsilə ianə etmək imkanları barədə məlumat verib.


Səfər çərçivəsində R. Hacıyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri, QDF-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində “Dubay Expo – 2020” beynəlxalq sərgisinə səfərdə də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin