Azərbaycan büdcəsində neft sektoruna düşən yük ARTIRILDI

Hazırda oxunan: Azərbaycan büdcəsində neft sektoruna düşən yük ARTIRILDI

44906

2022-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 54,8 faizi və ya 14 milyard 690 milyon manatı neft sektorunun, 45,2 faizi və ya 12 milyard 126 milyon manatı qeyri-neft sektorunun payına düşür. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində yer alıb.

Qeyd edək ki, bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə gələn il üçün hər iki sektorun gəlirləri daha yüksək planlaşdırılır.

Neft sektorunun gəlirləri bu illə müqayisədə 914,0 milyon manat çox nəzərdə tutulub ki, bu 6,6 faiz çoxdur. 

Qeyri-neft sektorunun gəlirləri isə 475 milyon manat və ya 4,1 faiz çox nəzərdə tutulub.

Gələn ilin büdcə gəlirlərində bu illə müqayisədə neft sektorunun payı faiz etibarı ilə daha da artırılıb.

Belə ki, 2021-ci ilin büdcə gəlirlərində 53,3 faiz neft, 46,7 faiz isə qeyri-neft sektorunun payına düşür.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin